TEST BAN

n nüvə sınaqlarının qadağan olunması

TEST
TEST-MIXER
OBASTAN VİKİ
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Ray-Ban
"Ray-Ben" (ing. Ray-Ban) — Amerika şirkəti Bausch & Lomb Inc., tərəfindən yaradılmış günəş eynəkləri və korreksiyaedici optika çərçivələri brendi, hazırda İtaliyanın Luxottica Group S.p. şirkətinə məxsusdur.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu.ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. == Xarakterik xüsusiyyətləri == Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. == Məşhur test pilotları == Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Test üsulu
Test üsulu ilk dəfə olaraq 1969-cu ildə ABŞ-də orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-nin bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib. == Azərbaycanda == Azərbaycanda Test üsulu ilk dəfə olaraq 1992-ci ildən ali məktəbə tələbə qəbulu prosesində sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunub. Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir. Azərbaycanda Test üsulunun tətbiqi ilk dəfə 1992-ci ilin May ayinin 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakire olunmuşdur. "AATP Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunu ən vacib problem sayaraq o zamankı parlament sədri İsa Yunisoğlu Qəmbər ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub." 1960-80-ci illerde 1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla (hökumət təmsilçilərinin təzyiqilə, vəzifəli şəxslərin təsirilə və kütləvi rüşvətxorluqla) ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına 20-ci esrdə ən çox ziyan vurmuş amillərdənir. Keçmiş Sovet İttifaqının ərazisində TEST ÜSULU ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək əsasən Azərbaycanda keçirilməsi yaxın gələcəkdə xalqımızın əsgi sovet cumhuriyyətlərindəki xalqlara nisətən rəqabət qabiliyyətinin daha da artacagına inam yaradır. Test Üsulunun 1992-ci ildən indiyədək 20 dəfə əsasən uğurlu Tətbiqi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir. 1992-ci ildə Müsavat başqanının sabiq I müavini, Müsavat Partiyasının üzvlərinlərindən biri Vurğun Əyyub Azərbaycan Tarixində Ən Böyük İslahatın ilk dəfə keçirilməsində fəal iştirak edib. 1992-93-cü illərdə Vurğun Əyyub TQDK-ya rəhbərlik edib.
Ban Ki-mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
Ban Ki Mun
Pan Gi Mun və ya Ban Ki Mun (kor. 반기문, 13 iyun 1944[…]) — Birləşmiş Millətlər Təşkilatının sayca səkkizinci sədri. Səlahiyyətlərinin icrasına 1 yanvar 2007-ci ildən başlamışdır. Əslən Cənubi Koreyalı olan Pan Gi Mun bu vəzifədə Qanalı Kofi Annanı əvəz etmişdir.
EICAR test faylı
EICAR Anti-Virus Test Faylı və ya EICAR test faylı kompüter antivirusunun test edilməsi məqsədilə Avropa Kompüter Antivirus Tədqiqatları İnstitutu (European Institute for Computer Antivirus Research) və Antivirus Tədqiqat Təşkilatı (Computer Antivirus Research Organization) tərəfindən hazırlanmış kompüter faylıdır. Həqiqi zərər verə biləcək real zərərli proqramdan istifadə etmək əvəzinə, bu test faylı insanlara real kompüter virusundan istifadə etmədən anti-virus proqramını sınaqdan keçirməyə imkan verir. Antivirus proqramları EICAR sətirini digər müəyyən edilmiş imzalara bənzər təsdiqlənmiş virus kimi təyin edirlər. Standart bir virus skaneri faylı aşkar edərkən zərərli virus tapılmış kimi reaksiya verəcəkdir. Əksər virus skanerləri bu faylı virus kimi tanıyır, hətta düzgün konfiqurasiya edildikdə belə bu faylı aşkar etməyə bilər. Nə faylın aşkarlanma üsulu, nə də onun işarələndiyi ifadə standartlaşdırılmayıb və real zərərli proqram təminatının qeyd olunma üsulundan fərqlidir. EICAR test sətirinin tanımlanması müxtəlifyönümlü ola bilər: EICAR test sətrini ehtiva edən fayl sıxıla və ya arxivləşdirilə bilər və sonra sıxılmış faylda test sətirini aşkar edib-etmədiyini görmək üçün antivirus proqramı işə salına bilər. AMTSO Xüsusiyyət Parametrlərinin Yoxlamalarının bir çoxu EICAR test sətirinə əsaslanır. == Dizayn == Bu fayl 68 və 128 bayt arasında olan faylıdır və qanuni .com icra edilə bilən fayldır (sadə x86 maşın kodu-MS-DOS,OS/2 və Windows) (16 bit məhdudiyyətlərə görə 64 bit istisna olmaqla). İcra edildikdə, EICAR test faylı "EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!" və sonra dayanacaq.
Jasmine (JavaScript test sistemi)
Jasmine JavaScript üçün açıq mənbə test çərçivəsidir. Proqram qurucuları hər hansı bir JavaScriptin effektiv platformasında çalışmağı, tətbiqə və IDE-yə girməməyi və asanlıqla oxunan sintaksisə sahib olmağı hədəfləyir.Proqram, ScrewUnit, JSSpec, JSpec və RSpec kimi digər sınaq sistemlərindən güclü təsirlənir. == Tarixi == Jasmine üçün Pivotal Labsdakı tərtibatçılar Jasminin aktiv inkişafından əvvəl JsUnit adlı oxşar vahid sınaq çərçivəsini hazırlamışdılar.
SAT (Scholastic Assessment Test)
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
Çində Nüvə Test Bazası
Çin Nüvə Test Bazası və ya Çin Xalq Qurtuluş Ordusunun 21-ci Eksperimental Təlim Bazası (PLA 63650) ― Sintszyan-Uyğur Muxtar Rayonunun Bayingoleng Monqol Muxtar Prefekturasında, Heshuo bölgəsinin Nairenkeer qəsəbəsində, Lobnor gölününü qərbində yerləşən baza. Strateji güc kosmik sistemlər Birliyinin birbaşa dəstəyi altında araşdırma və sınaq vahididir. == Tarixi təkamül == 1950-ci illərdə, atom bombaları və raketlərin inkişafı rəsmi olaraq başlanandan sonra, atom bombaları və raket bazalarının istehsalı da gündəmə gətirildi. Çin Xalq Respublikası Milli Müdafiə Naziri Peng təlimatları "Raket bazalarında, atom bombası sınağı sahəsindəki sahə problemləri" Xilian'a tapşırıldı, o, komandir idi. Rong Zen, birlikləri düzəltməkdən narahat idi və onları gizlilik üçün əlverişli olan sistemdən çəkmək yaxşı olduğunu düşündü. Raket bazasının inşası əsasən Çen Şizuya tapşırılmışdı və atom bombası poliqonunun yer seçimi əsasən Sovet mütəxəssislərinin rəhbərliyi altında idi. Mərkəzi Hərbi Komissiya nüvə silahı poliqonunun inşasını təyin etdikdən sonra Milli Müdafiə Nazirliyi sahə seçmə komitəsini təşkil etdi. Üzvlər arasında Çen Şizu, Jiang Ven, Tang Kai, Li Zhaobang, Çang Yong və Sai Feng var idi. Onlar və Abi Andreev və dörd Sovet mütəxəssisi birlikdə yer seçmə planını araşdırdı. Çen Şizuya, komitə üzvləri, Çin Xalq Respublikasının İkinci Maşın Sənayesi Nazirliyindən Guo Yinghui və dörd Sovet mütəxəssisi, atom bombası sınağını araşdırmaq üçün Dunhuangın qərbindəki Gansu bölgəsinə getdilər.